"Səbail"dən ayrılacaq daha bir futbolçunun kimliyi məlum olub.
Söhbət Məhəmməd Mirzəbəyovdan gedir. Bayıl təmsilçisi dağıstanlı futbolçuya yeni müqavilə təklif etməyəcək. Eyni zamanda heyətdəki legionerlərdən Nikolas Raysel və Domantas Şimkusun da komandanı tərk edəcəyi gözlənilir. Qeyd edək ki, “Səbail” baş məşqçi Aftandil Hacıyevi də istefaya göndərib.